17 avqust 2022 11:30
605

İstehlaka yararsız dondurma məhsulları məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "İki sahil"ə verilən məlumata görə, “Camal” LTD şirkətinin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 2690 kiloqram dondurma məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.