Avqustun 17-də Pakistandan olan bir neçə şirkətin nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkında olublar.
“İki sahil” xəbər verir ki, qida, tikinti, mebel və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinə ölkəmizdə sənaye zonaları və aqroparklarda sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları barədə məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb və sənaye zonaları və aqroparklarda mövcud biznes mühitindən yararlanmağa dəvət edilib.
Pakistanlı iş adamları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə və Sənaye Parkının rezidenti “ALCO” MMC-də istehsal prosesi ilə tanış olublar.