2022-ci ilin ilk yarısında Azərbaycana 1 128 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məluma görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.