22 avqust 2022 12:02
510

Əhalinin banklardakı əmanətləri 26 faizə yaxın artıb

Azərbaycanda əhalinin banklardakı əmanətləri bu ilin avqustun 1-nə 10 milyard 817.1 milyon manata çatıb.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu, yanvar-iyun ayları ilə müqayisədə 2,1% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 25,5% artıb.

Belə ki, 2021-ci ilin yanvar-iyul aylarında bu əmanətlərin həcmi 8 milyard 605.9 milyon manat təşkil etmişdi.