Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb.
“İki sahil” xəbər verir ki, bu barədə Laçın şəhərinin mərkəzindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.
“Möhtərəm Prezident, Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır”, - deyə Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidov məruzə edib.
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib