27 avqust 2022 15:55
664

Neft Fondunun büdcə gəlirləri açıqlanıb

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) daxil olan neft gəlirləri üzrə xam neftin bir barelinin xalis mədaxil qiyməti 65,4 ABŞ dollarına bərabər olub.

ARDNF-dan "İki sahil"ə verilən məlumata görə, hesabat ilində Fondun büdcə gəlirləri 9,4 milyard ABŞ dolları təşkil edib, ehtiyatları isə 45,03 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.