Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair yol xəritəsi imzalanıb.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabatında paylaşım edib.
“Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsini imzaladıq. azad edilmiş ərazilər, yaşıl enerji çoxşaxəli əməkdaşlığımızda prioritet istiqamətlərdir”, - paylaşımda qeyd olunur.