01 sentyabr 2022 10:26
526

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,52% azalaraq, 1 717,3 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 1,58% azalaraq, 17,6 dollar təşkil edib.