01 sentyabr 2022 14:59
493

Repo əqdləri üzrə indekslərin hesablanması və açıqlanması qaydaları qəbul olunub

"Bakı Fond Birjası" QSC (BFB) Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla repo əqdləri üzrə faiz indekslərinin hesablanmasını tənzimləyən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” hazırlayıb.

“İki sahil” BFB-yə istinadən xəbər verir ki, qaydalar bu gündən qüvvəyə minib.

Qaydalara əsasən birja gündəlik əsasda banklar arasında bağlanan repo əqdləri üzrə 1 günlük, 1 həftəlik və 2 həftəlik indeksləri hesablayacaq, internet səhifəsində açıqlayacaq.