Bu ilin yanvar-avqust ayları ərzində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 43745 xidmət göstərilib.
“İki sahil” xəbər verir ki, bu xidmətlərin 16508-i “Xaçmaz KOB evi”, 27237-si isə “Yevlax KOB evi” tərəfindən həyata keçirilib.
Göstərilən xidmətlərin 41759-u dövlət-biznes (“G2B”), 1986-ı isə biznes-biznes (“B2B”) xidmətləridir.
KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.
Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir.
Qeyd edək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb