02 sentyabr 2022 13:44
490

“Lufthansa”nın yüzlərlə reysi təxirə salınıb

Almaniyanın “Lufthansa” aviaşirkətinin yüzlərlə reysi pilotların maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi tətilə görə ləğv edilib.

“İki sahil” xəbər verir ki, nəticədə Frankfurt və Münhendə ümumilikdə, təxminən, 800 aviareys ləğv olunub.

Almaniyanın aviaşirkətinin nümayəndələrinin məlumatına əsasən, tətillə əlaqədar 100 mindən çox sərnişinin planları pozulacaq.