Avstraliyalı 79 yaşlı Ceff və onun qardaşı, Böyük Britaniyadan olan 83 yaşlı Ted Nobbs 77 illik ayrılıqdan sonra görüşəcəklər.
Ted, Barri və Con Nobbs İkinci Dünya Müharibəsi zamanı kiçik qardaşları Ceffdən uşaq ikən ayrılıblar. 1945-ci ildə onların anaları xərçəngdən ölüb, oğlanlar atalarının yanında qalıblar. Kişi uşaqlara lazımi qaydada baxa bilmədiyi üçün iki yaşlı Ceffi övladlığa vermək qərarına gəlib.
Bu minvalla Ceff himayədar ailə ilə bu günə qədər yaşadığı Avstraliyaya köçüb. Qardaşlar uzun illər bir-birlərini tapmağa çalışıblar. 2014-cü ildə Ceff qohumlarının harada yaşadığını öyrənib və zəng edib onlarla söhbət etməyə başlayıb.
Qardaşlardan biri - Con artıq vəfat edib. Barri isə qocaldığı üçün səyahət edə bilmədiyindən Ted Avstraliyada Ceffi tək ziyarət edəcək.
Oxu.Az
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb
Niderland 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində iştirakdan imtina edib