Bu ilin avqust ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı iyul ayı ilə müqayisədə 2,9 faiz bəndi artıb.
“İki sahil” xəbər verir ki, noutbukların bazar payı cari ilin sentyabrın 1-nə 66% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,9 faiz bəndi çoxdur.
Mərkəzin məlumatına əsasən, bu ilin avqust ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı 2,8 faiz bəndi azalaraq sentyabrın 1-nə 32,8% təşkil edib. Bu isə 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,8 faiz bəndi azdır.
Hesabatda bu ilin sentyabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,11% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 0,08 faiz bəndi azdır. Bu seqment üzrə cari ilin avqust ayında (iyul ayına nisbətdə) 0,06 faiz bəndi azalma qeydə alınıb.