05 sentyabr 2022 12:17
365

Türkiyədə inflyasiya avqustda 80%-i keçib

Türkiyə Statistika Təşkilatı (TÜİK) avqust ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, Türkiyədə istehlak qiymətləri indeksi illik 80,21%, aylıq isə 1,46% təşkil edib.

Türkiyədə ən az inflyasiya rabitə sektorunda (27,05%), ən yüksək infyasiya isə çatdırılma xidmətləri sektorunda (116,87%) qeydə alınıb.