Türkiyə Statistika Təşkilatı (TÜİK) bazarların böyük maraqla gözlədiyi inflyasiya məlumatlarını açıqlayıb.
Müvafiq olaraq, 2022-ci ilin avqust ayında dəyişiklik əvvəlki aya görə 1,46%, əvvəlki ilin dekabrına görə 47,85%, əvvəlki ilin eyni ayına görə 80,21% təşkil edir.
“İki sahil” xəbər verir ki, bu nəticələrə görə, illik inflyasiya son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 27,05%-lə rabitə olub. Digər tərəfdən, əvvəlki ilin eyni ayına görə ən çox artım müşahidə edilən əsas qrup 116,87% ilə daşınma olub.
Əsas xərc qrupları üzrə 2022-ci ilin avqust ayında əvvəlki ayla müqayisədə ən az artım göstərən əsas qrup 1,78%-lə nəqliyyat, 2022-ci ilin avqust ayında əvvəlki ayla müqayisədə ən çox artım müşahidə edilən əsas qrup 7,01%-lə səhiyyədir.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb