05 sentyabr 2022 14:14
396

“OPEC+” ölkələri hasilatın azaldılmasını müzakirə edəcək

Bu gün keçiriləcək iclas zamanı “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) ölkələrinin nazirləri digər variantlarla yanaşı, gündəlik neft hasilatının 100 min barel azaldılması imkanlarını müzakirə edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters“ öz mənbəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, “OPEC+” üzvləri avqustun 3-də keçirilən iclasda sentyabrda gündəlik neft hasilatının 100 min barel artırılmasını təsdiqləyiblər. Yekun kommunikedə həmçinin vurğulanıb ki, dünyada sərbəst neft hasilatı imkanları ciddi şəkildə məhduddur və onlar ehtiyatla istifadə edilməlidir.

“OPEC+” çərçivəsində tədbirlər alyans ölkələrinin monitorinq komitəsinin Bakı vaxtı ilə saat 15:00-a planlaşdırılan iclası ilə başlayacaq. “OPEC+”ın gələcək fəaliyyətinə dair qərarın verilə biləcəyi nazirlərin görüşü saat 15:30-a təyin edilib.