05 sentyabr 2022 16:59
383

Bakıda iki avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək - Sərnişinlərin NƏZƏRİNƏ

Bakıda iki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu Əmircan qəsəbəsinin daxili yollarında aparılan abadlıq işləri ilə əlaqədar 191 və 213 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək Cabir Əliyev və Abbasqulu ağa Bakıxanov küçələri ilə təşkil edilib.