Nazçıvan Muxtar Pespublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev Türkiyənin Ərzurum şəhərinə səfər edib.
“İki sahil” xəbər verir ki, nazirin sözlərinə görə, hazırda Naxçıvan MR-da istehlak edilən malların 90 %-i Türkiyədə istehsal olunub: "Ərzuruma 40 iş adamı ilə gəlmişik. Sahibkarlar öz sektorları üzrə yerli şirkətləri ziyarət edirlər və yeni hədəflər müəyyən edir. Naxçıvanda tekstil, neft və orqanik məhsullara sərmayələrimiz var".
Ərzurum Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədr müavini Hüseyn Polat isə deyib ki, "İki dövlət, bir millət" şüarı ilə qardaş Azərbaycana, o cümlədən Naxçıvana hər zaman böyük önəm veririlər: "Biz iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa hazırıq".