06 sentyabr 2022 10:43
401

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2022-ci il sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,503 milyard dollar təşkil edib.

"İki sahil" bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici ötən ayla müqayisədə 1,3 faiz çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 6,55 faiz artıb.