06 sentyabr 2022 16:51
446

İlin sonuna Bolqarıstana təxminən 600 mln. m3 qaz ixracı proqnozlaşdırılır - Pərviz Şahbazov 

Bilqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə IGB-nin kommersiya istismarına verilməsi və TAP-ın genişləndirilməsi çərçivəsində Bolqarıstana qaztədarükü məsələlərini müzakirə etdik.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tvitter hesabında yazıb.

Onun sözlərinə görə, ilin sonuna Bolqarıstana təxminən 600 mln. m3 qaz ixracı proqnozlaşdırılır.