Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycanın nəqliyyat, logistika mərkəzinə çevrilməsində böyük rol oynayacaq.
“İki sahil” xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Zəngilan Beynəlxalq Hava Limanı böyük əhəmiyyətə malikdir.
"Çünki bu hava limanlarının tikilişi eyni zamanda bölgədə nəqliyyat habının və iqtisadi imkanlarımızın inkişafı deməkdir. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilməsi böyük iqtisadi əhəmiyyət daşıyır. Qarabağın iqtisadi imkanlarının regiona inteqrasiyası, nəqliyyat yük daşımalarının intensivliyi, dəhlizlərin açılması baxımından mühüm rol oynayacaq", - deyə S.Kərimli bildirib.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir