İspaniya millisinin baş məşqçisi Luis Enrike məşq prosesində yenilik tətbiq edib.
“İki sahil” xəbər verir ki, bundan sonra milli komandanın məşqlərində məşqçi futbolçularına tapşırıqlarını həm də ratsiya vasitəsi ilə verməyə başlayacaq. Futbolçular onun dediklərini formalarının altında yerləşdirilən kiçik dinamiklər vasitəsi ilə eşidə bilirlər. Bu üsuldan ilk dəfə olaraq komandanın hazırkı toplanışında istifadə olunur. İspaniya millisinin qarşıda Millətlər Liqasının matçları gözləyir. Onlar ML-də növbəti görüşlərini İsveçrə (24 sentyabr, evdə) və Portuqaliyaya (27 sentyabr, səfərdə) qarşı keçirəcək.
“Yeni texnologiya bizim sərəncamımızdadır” – deyə İspaniya millisinin rəsmi Tvitter hesabında bildirilib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir