28 sentyabr 2022 16:21
526

Hicran Hüseynova Milli Məclisdə qəbul keçirib - FOTO

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib. 

“İki sahil” xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək onların təklifləri və problemləri ilə maraqlanıb.

Qəbulda iştirak edən Babayeva Ülviyyə Ağalar qızı ona göstərilən hüquqi yardım nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edərək, diqqət və qayğı üçün öz minnətdarlığını bildirib.

Digər vətəndaş Psixoloq Tağızadə Ayan Səhliylı qızının CÇM-də “Azyaşlılarla özünüinkişaf” barədə seminar keçirilməsi ilə əlaqədar təklifləri dinlənilib və aidiyyatı ünvanlara müraciət etməsi üçün istiqamətlər verilib.

Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi həllini tapmış, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılmışdır.