28 sentyabr 2022 20:04
512

Ağstafada şəhidlərimizin xatirəsinə həsr edilən ağacəkmə aksiyası keçirilib FOTO

27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Ağstafada da Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub.

“İki sahil” xəbər verir ki,  Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edir, qürur duyur.

Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşmuş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ağstafada ağacəkmə aksiyası keçirilib. Rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi aksiyada igid Vətən oğullarının xatirəsinə ehtiram ifadə edilib.