30 sentyabr 2022 11:09
490

Azərbaycan səfiri etimadnaməsini Finlandiya Prezidentinə təqdim edib

Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov etimadnaməsini Finlandiya Prezidenti Sauli Niinistöyə təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında məlumat verib.

Qeyd edək ki, Zaur Əhmədov Azərbaycanın Norveç və Finlandiyadakı qeyri-rezident səfiridir.