Moldovanın nüfuzlu KİV-lərində Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri və orada keçirdiyi görüşlər geniş işıqlandırılıb.
Moldovanın “Noi”, “Politik”,”Timpul” və digər xəbər portallarında rumın və rus dillərində dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışına, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin çıxışında dövlətimizin başçısı haqqında fikirlərinə geniş yer ayrılıb.
Məqalələrdə, xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Prezident İlham Əliyevin göstərdiyi kömək vurğulanıb.
AZƏRTAC
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib