02 oktyabr 2022 14:50
625

Masallıda Vətən müharibəsi şəhidinin ildönümü qeyd olunub

Masallı rayon Kəlbəhüseynli kəndində Vətən müharibəsi şəhidi Kənan Şahbazovun anım mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Şəhidin şəhadətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov,Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və partiya fəalları Şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsi ziyarət olunub onların qayğı və problemləri  ilə marağlanılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah rəhmət eləsin!