3 oktyabr Ulu Öndər Heydər Əliyevin Azərbayacan Respublikasının Prezidenti seçildiyi gündür. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev həmin ilin 3 oktryabr tarixində seçicilərin böyük səs çoxluğu ilə ölkə Prezidenti seçildi. Məhz bu tarixi hadisədən sonra ölkədə həyat öz axrına qayıtmağa başladı və müstəqilliyin ilk illərində naşı rəhbərlərin yaratmış olduğu problemlər aradan qaldırılmağa başlandı. Ulu Öndər Heydər Əliyev xalq və ölkə qarşısındakı misilsiz xidmətlərinə görə Azərbaycan tarixində müstəqil dövlətimizin xilaskarı kimi qaldı.
“İki sahil” xəbər verir ki, dahi şəxsiyyət Heydər Əliyevin ilk dəfə ölkə Prezidenti seçililməsinin növbəti il dönümü münasibəti ilə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İsmayıl Yusifzadə, eləcə də bir qrup partiya fəalı Ulu Öndərin Ağdaş rayonunda ucaldılan abidəsini ziayərət edib, abidə önünə gül dəstələri düzüblər.
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır