03 oktyabr 2022 18:28
698

YAP Daşkəsən rayon təşkilatı partiyanın yubiley tədbirlərinə start verib FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi ilə bağlı YAP Daşkəsən rayon təşkilatı tədbirlərin keçirilməsinə start verib.

Tərtib olunmuş tədbirlər planının tələblərinə uyğun olaraq oktyabrın 3-də Gənclər və İdman İdarəsi, Daşkəsən Kapital Bank, Alunitdağ qəsəbə, Gurbulaq, Əmirvar, Tapan və Qabaqtəpə kənd ərazi partiya təşkilatlarında yubiley tədbirləri keçirilib. Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatı sədrinin müavini Elşən Alıyev, məsul işçilər Sərdar Xıdırov və Elvin Əliyev iştikak ediblər.

Tədbirlərin əvvəlində ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər natiqlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin «Heydər Əliyev İli» elan edilməsindən, eyni zamanda ümummilli liderin 3 oktyabr 1993-cü il tarixində Azərbaycanda keçirilən Prezident seçkilərində qazandığı Qələbədən, dövlət başçısının uğurlu Bolqarıstan səfərindən və həmçinin 27 sentyabr - Anım Günü münasibətilə Füzuli rayonunun Qaraxanbəyli kəndindəki çıxışından ətraflı şəkildə söhbət açıblar.

Yığıncaqlarda bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov, "İki sahil"