04 oktyabr 2022 11:55
476

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

Səfərin məqsədi tərəflər arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdir.