Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi ilə bağlı silsilə tədbirlər davam etdirilir.
Bununla əlaqədar oktyabrın 5-də Aşağı Daşkəsən kənd, Daşkəsən qəsəbə ümumi orta məktəbi, Daşkəsən Peşə məktəbi və Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsi ərazi partiya təşkilatında yığıncaqlar keçirilib.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra 05 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimlərinə təbrik ünvanlanıb.
Tədbirlərdə YAP rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsul işçisi Sərdar Xıdırov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mülahizələrinin problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilməsindən, 21 noyabr 1992-ci ildə soyuq bir gündə Naxçıvan şəhərindəki zalda keçirilən iclasda təsis edilən Yeni Azərbaycan Partiyasının inkişaf edərək yüksək səviyyəyə çatmasından, 4 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam səfəri zamanı düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizin təməlqoyma mərasimlərində iştirakından ətraflı söhbət açıblar.
Yığıncaqlarda onlarla gənc partiya sıralarına qəbul olunmaq və digər bir qrup gənc isə partiya qeydiyyatının YAP Daşkəsən rayon təşkilatına dəyişdirilməsi üçün ərizə ilə müraciət ediblər.
Cavid Əkbərov, «İki sahil»
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır