Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məsimov Əkbər Yunus oğlunun doğulub boya-başa çatdığı Ağdaş rayonunun Qaradeyin kəndində doğum günü münasibətilə tədbir keçrilmişdir.
“İki sahil” xəbər verir ki, şəhidin 28-ci doğum günü münasibətilə keçirilən tədbirdə Yeni Azərbayan Ağdaş rayon təşkilatının əməkdaşları və Qaradeyin kənd ərazi partiya təşkilatının bir qrup fəalı, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər. Əvvəlcə Qaradeyin kənd qəbiristanlığında Əkbər Məsimovun məzarı ziyarət olunmuş, üzərinə tər güllər düzülmüş, ruhuna dualar oxunmuşdur. Sonra tədbir iştirakçıları şəhidin ailəsinin yaşadığı evdə olmuş, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, anasına başsağlığı verilmişdir.
Məsimov Əkbər Yunus oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır