Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfər ediblər.
“İki sahil” xəbər verir ki, prezidentlərin “Azadlıq radiosu”nun jurnalisti ilə maraqlı dialoqu olub. Belə ki, İlham Əliyev jurnalistin təmsil etdiyi media orqanının adını eşidərkən zarafatla “Bunlar “SOROS”çulardır. Tanımıram sizi. “SOROS”a salam söylə bizdən. “SOROS”a de ki, biz burada da qardaşıq” deyib.
İlham Əliyev daha sonra jurnalistin suallarını cavablandırıb.
Jurnalistin “Nikol Paşinyan deyir ki, Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır” sualına Prezidentin cavabı belə olub:
“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq".
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib