07 oktyabr 2022 12:06
413

Deputat Anar Məmmədov Goranboyda vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Kürəkçay qəsəbəsində vətəndaşlarla görüş keçirib. Görüşdə rayon ağsaqqalları və ziyalıları iştirak edib.

“İki sahil” xəbər verir ki, millət vəkili Anar Məmmədov vətəndaşları fərdi formada dinləyərək, onların müxtəlif mövzular üzrə səsləndirdiyi problemləri qeydiyyata götürüb.

Deputat qərargahından verilən məlumata görə, görüş zamanı qəbul iştirakçıları tərəfindən dilə gətirilən əsas problemlər sırasında vətəndaşların işlə təmin olunması, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri və s. bu kimi məsələlər başlıca yer almışdır. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, digər müraciətlər isə həll edilməsi məqsədilə aidiyyəti qurumlara yönləndirilib.