Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
“İki sahil” xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlət başçısı İlham Əliyevi Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib