07 oktyabr 2022 15:41
504

Ağdaşda “Yeni Azərbaycan naminə - Heydər Əliyev ideologiyası” mövzusunda görüş - FOTO

Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə YAP Ağdaş rayon təşkilatının Qaradağlı ərazi partiya təşkilatında “Yeni Azərbaycan naminə - Heydər Əliyev ideologiyası” mövzusunda partiya fəalları ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşü Qaradağlı ərazi partiya təşkilatının sədr müavini Rəhilə Musayeva açaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ərəfəsində olduğumuzu və partiyanın xalq qarşısındakı xidmətlərindən bəhs edib.

Görüşdə çıxış edən YAP Ağdaş rayon təşkilatının məsləhətçisi Anar Şahmuradov Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi uğurlu tarixi yola nəzər salaraq Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti üçün gördüyü misilsiz işlərdən söz açdı. 1992-ci ildə xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının qısa zaman ərzində xalqın etimadını doğrultduğu və ümumxalq partiyasına çevrildiyi, müstəqil Azərbaycanın qazandığı uğurların Yeni Azərbaycan Partiyasının adı ilə bağlı olduğu vurğulandı. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin təməlində də məhz Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər  Heydər Əliyevin siyasi ideolgiyası dayanır. Bir sözlə, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövləti tarixində çox mühüm rola malikdir. Partiya sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə diqqət çəkən Anar Şahmuradov ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğunu, milli maraqlarımızın böyük məharətlə təmin edildiyini qeyd etdi.

Görüşdə partiya fəallarından Reyhan Əsədova, Rəsmiyyə Umarova, Əli Musayev və Qarabağ veteranı Etibar Həmidov çıxış edərək Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin xalqımız, ölkəmiz üçün gördüyü misilsiz işlərdən danışaraq xalqımza Zəfər sevinci yaşadan müzəffər Ali Baş Komandanın ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında bundan sonra da daha sıx formada birləşəcəklərini, Azərbaycanın gələcək tərəqqisi naminə partiyamızın sədrinin həyata keçirdiyi siyasəti hər zaman dəstəkləyəcəklərini bildirdilər.