Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatlarında yığıncaqlar davam etdirilir.
Bununla əlaqədar 7 oktyabr tarixində Aztelekom MMC-nin Qərb regional filialının Daşkəsən şöbəsi, Daşkəsən şəhər Kommunal Müəssisələr Kombinatı, Daşkəsən şəhər Yaşıllaşdırma idarəsi, Mədəniyyət işçiləri və Mollahəsənli kənd ərazi partiya təşkilatlarında yığıncaqlar keçirilib.
Əvvəlcə tədbirlərdə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda Prezident, YAP-ın sədri İlham Əliyevin Praqada keçirdiyi görüşlərin uğurlu nəticələri, Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə söylədiyi müsbət fikirlər, Ağdamın «ağıllı şəhər» statusunda tikintisinin başlanması geniş müzakirə olunub.
Həmçinin tədbirlərdə yarandığı gündən çətin və şərəfli yol keçən partiyamızın keçirilən bütün seçkilərdə və referendumlarda qalib gəlməsi, Cənubi Qafqazda ən böyük potensiala malik olması yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Daşkəsən şəhər Yaşıllaşdırma idarəsi ərazi partiya təşkilatının sədri Bakir Qurbanovu doğum günü münasibətilə təbrik edib.
Keçirilən yığıncaqlarda bir qrup qadın və gənc YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Cavid Əkbərov, «İki sahil»
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır