Masallı rayon Xoşçobanlı kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Musa Əlövsət oğlu Mustafayevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri cənab Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar ,partiya fəalları və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları ərazidə yeni inşa edilmiş şəhidlər abidə kompleksinin açılışını edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların xatirəsini bir dəqiqəlik sükutla yad edərək abidənin önünə gül dəstələri düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra şəhidin ailəsi ziyarət olunub onların qayğı və problemləri ilə marağlanılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır