Masallı rayonunun Birinci Yeddioymaq kənində 44 günlük Vətən müharibəsinin şəhidi, baş leytenant Əlimərdan Fəttah oğlu Quluzadənin anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri cənab Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Şəhid baş leytenant Əlimərdan Quluzadənin ailəsi ziyarət olunub onların qayğı və problemləri ilə marağlanılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır