8 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Ərəbocağı kəndində Vətən müharibəsi şəhidi Kərimli Nihat Teymur oğlunun şəhadətinin ikinci ildönümü mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və partiya fəalları, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.
Kərimli Nihat Teymur oğlu 8 iyul 1996-cı ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Vətən müharibəsi başlayan zaman təlim toplanışında olan Nihat Kərimli Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır