Ötən gün ölkəmizdə aparılan 2 min 166 test nəticəsində məlum olub ki, 77 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 822 min 104-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində dünyasını dəyişən virus daşıyıcısı olmayıb.
Daha 89 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 811 min 597-yə yüksəlib.
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır