Azərbaycanda son sutkada koronavirus (COVID-19) 837 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, “buster” doza ilə peyvənd olunanların sayı 316, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 57 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 897 min 464, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 385 min 257, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 868 min 656 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 381 min 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 min 135 nəfərdir.
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır