09 oktyabr 2022 16:20
1165

Müşfiq Məmmədli Hacı Zeynalabdin qəsəbəsində bir qrup sakinlərlə görüş keçirib 

Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bir qrup sakinlərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının ərazi nümayəndəsi Lalə Hacıyeva, qəsəbənin bələdiyyə sədri Əsli Qasımova və ağsaqqallar iiştirak edib. Qəsəbə ağsaqqalları ilk olaraq ərazidə görülən işlər barədə məlumat verdilər. Daha sonra vətəndaşlar problemlər, təkliflər barədə çıxış etdilər. Sakinlər nəqliyyat çatışmazlığından, dayanacaqların azlığından, idman kompleksinin olmamasından, tədbirlərin keçirilməsi üçün qapalı məkanın yoxluğundan narahatlıqlarını ifadə ediblər.

Millət vəkili qeyd olunan bu və digər məsələlər barədə aidiyyəti qurumlara müraciət ediləcəyini bildirib,
təxminən 40 minə yaxın əhalini əhatə edən bu məsələlərin tez bir zamanda öz həllini tapacğını dilə gətirib.