Azərbaycanda son sutkada koronavirus (COVID-19) 723 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 204, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 237, “buster” doza ilə peyvənd olunanların sayı 234, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 48 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 898 min 187, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 385 min 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 868 min 893 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 381 min 650, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 min 183 nəfərdir.
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır