10 oktyabr 2022 18:36
795

YAP siyasi sabitliyin və davamlı inkişafın təminatçısıdır FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi ilə bağlı partiyanın Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatlarında yığıncaqlar davam etdirilir.

10 oktyabr tarixində Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi, Kəmərqaya, Quşçu, Əhmədli və Çovdar kənd ərazi partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı yığıncaqlar keçirilib.
Əvvəlcə tədbirlərdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda iştirak edən YAP rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsul işçiləri Sərdar Xıdırov, Elvin Əliyev  və digər natiqlər partiyanın keçdiyi inkişaf yoldan, ulu öndər Heydər Əliyevin xalqına və ölkəsinə həsr etdiyi şərəfli ömür yolundan və Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin  liderliyi ilə Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsindən, bütün parametrlər üzrə böyük inkişafa nail olmasından geniş söhbət açıblar.

Yığıncaqlarda bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov, «İki sahil»