11 oktyabr 2022 08:00
612

Britaniyanın Azərbaycandakı səfiri Gəncəyə raket hücumu ilə bağlı paylaşım edib

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Fergus Auld Gəncəyə raket hücumu ilə bağlı tviterdə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilib:

“Dünən Cənab Prezidentə dediyim kimi, iki il əvvəl Gəncə şəhərinə dəhşətli raket hücumları zamanı həlak olanların hamısının ailələrinə bşsağlığı vermək istərdim. Yanvar ayında öz gözlərimlə məhvi gördüm”.