12 oktyabr 2022 09:05
663

Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb FOTO

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zerti kəndi ərazisində tapılan 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.