13 oktyabr 2022 09:31
663

Oğuzda 4 tona yaxın çətənə kolu məhv edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "İki sahil"ə verilən məlumata görə, ümumi çəkisi 3 ton 800 kiloqram olan 2440 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.