Karuseldə dostları tərəfidən həddindən artıq bərk fırladılan uşaq xəstəxanalıq olub.
Qorxunc hadisə Rusiyanın Krasnodar şəhərində qeydə alınıb. Sosial şəbəkələrdə bununla əlaqədar kadrlar yayılıb.
Videodan aydın olur ki, uşaqlar karuseli elektrikli skuterin köməyi ilə fırladırlar. Yeniyetmə bir müddət dirəkdən yapışıb, sonra çox güman ki, huşunu itirib və bu səbəbdən əllərini buraxıb.
Nəticədə o, strukturun tirlərinə çırpılıb.
Uşaq xəstəxanaya yerləşdirilib.
Oxu.Az
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır