Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunda da olublar.
“İki sahil” xəbər verir ki, Ağalı kəndinin sakinləri ilə görüşən Prezidentlə xanımı yeni məktəb binasında şagirdlərlə fotolar çəkdirib, onlarla səmimi söhbət ediblər.
"Siz azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu, yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq insanı çəkir", - deyə dövlət başçısı bildirib.
"Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün də lazımdır. Çünki gələcəkdə sizin kimi uşaqlar ölkəmizi idarə edəcəklər. Buna görə siz gərək bilikli, savadlı olasınız", - deyə Prezident şagirdlərlə söhbətində qeyd edib.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib